Türk lirəsi ucuzlaşmaqda davam edir | Banco.az

Türk lirəsi ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Çərşənbə axşamı 9.42 səviyyəsinə qədər geriləyən məzənnə yeni günə 9.51 səviyyəsində başlayıb, daha sonra isə yenidən yüksəlib.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahab Kavcıoğlunun inflyasiya hesabatını açıqladığı bu dəqiqələrdə türk lirəsi 9.57 səviyyəsində ticarət olunur.

Xatırladaq ki, ötən həftənin cümə axşamı Türkiyə Respublikası Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz bəndini 18-dən 16-ya endirməsindən sonra tarixi maksimumunu yeniləyib 9.48 səviyyəsi ilə yeni rekorda imza atan məzənnə əvvəlcə 9.50, daha sonra 9.60, ardınca da 9.70 səviyyələrini üstələmişdi. Bu həftə isə məzənnədə 9.85 səviyyəsi ilə yeni tarixi rekord qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et