Türk lirəsi sürətlə dəyər itirir - Növbəti anti-rekord | Banco.az

Türk lirəsi sürətlə dəyər itirir - Növbəti anti-rekord

Tamara Mustafayeva, Banco.az

Türk lirəsinin dollara qarşı dəyərdən düşməsi sentyabr ayından bəri mərhələli olaraq davam edərkən, həftənin cümə günü 10 səviyyəsini üstələyən məzənnə yeni iş həftəsinə növbəti rekordla başlayıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, cümə günü tarixində ilk dəfə 10 səviyyəsini keçən məzənnə bu gün Bakı vaxtı ilə səhər saat 09:00-da 10.0479 səviyyəsinə yüksəlib.

Hazırda Dollar/TL məzənnəsi 10.04 səviyyəsində ticarət edilir.

Qeyd edək ki, türk lirəsi 2021-ci ilin əvvəlin bəri 26%-lik göstərici ilə dollara qarşı ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et