Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi gecə saatlarında tarixi rekorda imza atıb.
Banco.az türk mətbuatına istinadla bildirir ki, dünən gecə saatlarında 9.02 səviyyəsinə qədər yüksəlməklə növbəti rekorda imza atan məzənnə yeni günə də eyni səviyyələrdə başlayıb. Türk lirəsinin sürətlə ucuzlaşmasında daxili gündəm mövzuları ilə yanaşı dolların qlobal miqyasda güclənməsi də rol oynayıb.
Hazırda Dollar/TL məzənnəsi 9.02 səviyyəsində icra edilir.
Qeyd edək ki, bu gün qlobal enerji qiymətləri və bunun inflyasiyaya təsiri yenə də birjaların diqqət mərkəzində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!