Türk Lirəsi İmamoğlu ilə bahalaşdı | Banco.az

Türk Lirəsi İmamoğlu ilə bahalaşdı

İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisini CHP-nin namizədi Əkrəm İmamoğlunun qazanması Türk Lirəsinin dəyər qazanmasına səbəb olub. 

Gecə saatlarında 5.73 səviyyələrini görən Dollar/TL məzənnəsi bu dəqiqələrdə (saat 09:18-ə olan məlumat) 1,1% geriləmə ilə 5.7488 səviyyəsindədir.

Məzənnə ötən cümə günü 5.82 səviyyələrindən bağlanmışdı. 

Türkiyə bazarları açılanda məzənnə daha dəqiq məlum olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər seçkinin məzənnə üzərindəki təsirindən başqa bu həftə Türkiyə və ABŞ əlaqələrinin izlənəcəyini bildirirlər.

İlk nəticələrə görə, Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin (AKP) namizədi Binali Yıldırım 45,09 faiz, CHP-nin namizədi Ekrem İmamoğlu 54,03 faiz səs toplayıb.

CHP-li Əkrəm İmamoğlu, İstanbulda təkrarlanan seçkini AKP-li Binalı Yıldırıma 806 min 415 səs fərqlə yenidən qazanıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et