Tamara Mustafayeva, Banco.az
Dünən 9.53 səviyyəsinə qədər geriləyən məzənnə yeni günə 9.60 səviyyəsində başlasa da, daha sonra yenidən geriləyib.
Banco.az türk mətbuatına istinadla bildirir ki, məzənnə yeni günə dalğalı hərəkət dinamikası ilə başlayıb.
Hazırda Dollar/TL məzənnəsi 9.54 səviyyəsində icra edilir.
Xatırladaq ki, ötən həftənin cümə axşamı Türkiyə Respublikası Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz bəndini 18-dən 16-ya endirməsindən sonra tarixi maksimumunu yeniləyib 9.48 səviyyəsi ilə yeni rekorda imza atan məzənnə əvvəlcə 9.50, daha sonra 9.60, ardınca da 9.70 səviyyələrini üstələmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!