"Türk Lirəsi 12 ayda 15 faiz ucuzlaşa bilər" | Banco.az

"Türk Lirəsi 12 ayda 15 faiz ucuzlaşa bilər"

Qlobal investisiya bankı "Goldman Sachs Group Inc", Türk Lirəsinin (TL) növbəti 12 aylıq dövrdə ABŞ Dolları qarşısında 15% dəyər itirəcəyi proqnozunu verib.

"Goldman", Türkiyə Mərkəzi Bankının (TCMB) Türk Lirəsinə dəstəyi gücləndirməkdən uzaq qərarları ilə, yəqin ki, Lirənin sonuncu dəfə 2018-ci ilin ortasındakı böhran zamanı görülən səviyyələrə (1 Dollar 7 lirəni keçmişdi) gəlməsinə səbəb olacağını bildirib.

"Goldman" strateqləri, "Mərkəzi Bankın keçən həftəki toplantıdan sonra açıqlamasından "ehtiyac olduğu halda əlavə sərt tədbirlərə gediləcəyi" ifadəsini çıxarması həm faiz endirimə, həm də pul vahidinin daha da dəyər itirməsinə qapı açıb" - qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

"Goldman"a görə, Dollar qarşıdakı altı ayda 6.5 TL və 12 ayda isə 7 TL  səviyyəsinə qalxa bilər. Beləliklə "Goldman", növbəti 1 illik dövrdə Türk Lirəsinin 15 faiz dəyər itirəcəyi proqnozunu verib.

Dollar/TL  məzənnə Bazar ertəsi günü saat 09:40-da 5.95 lirə səviyyələrində olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et