“Türk Hava Yolları” satılır? - Şirkətdən RƏSMİ CAVAB | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Türk Hava Yolları” satılır? - Şirkətdən RƏSMİ CAVAB

“Türk Hava Yolları” aviaşirkətinin satışa çıxarılması barədə xəbərlər tamamilə əsassızdır.

Bunu “Twitter” səhifəsində şirkətin mətbuat katibi Yahya Üstün yazıb.

Onun sözlərinə görə, şirkətin, eləcə də şirkətin hər hansı bir payının satışı barədə məsələ müzakirə olunmur.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatında THY-nin satışa çıxarıldığı barədə məlumatlar yer almışdı.

“Türk Hava Yolları” aviaşirkəti 1933-cü ildə təsis edilib.

Trend.az