Türk Hava Yolları İtaliyanın daha bir şəhərinə aviareyslər başladıb | Banco.az

Türk Hava Yolları İtaliyanın daha bir şəhərinə aviareyslər başladıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) İtaliyada şirkətin 9-cu uçuş nöqtəsi olan Turinə uçuşlara başladığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə THY Mətbuat Məsləhətçiliyindən verilən bəyanatda deyilir.

Məlumata görə, dünəndən (10.07.2024) etibarən İstanbul Hava Limanı ilə Turin Hava Limanı arasında uçuşlar həftənin 7 günü qarşılıqlı olaraq həyata keçiriləcək.

Qeyd edək ki, Turindən İstanbula birbaşa çıxış təklif edən uçuşlar sayəsində sərnişinlər İstanbul səmalarından 349 fərqli istiqamətə səyahət etmək imkanı da əldə edəcəklər.

"Bu marşrutla İtaliya ilə əlaqələrimizi gücləndirəcək və dünyanın hər yerindən gələn qonaqlarımıza THY imtiyazı ilə İtaliyanın tarixi paytaxtı Turini kəşf etmək fürsəti təqdim edəcəyik", THY baş direktoru Bilal Ekşi bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün xatırladaq ki, Alp dağlarının əhatəsində, Po çayının sahilində yerləşən Turin şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et