Türk Hava Yolları biletlərin bronu ilə bağlı yaranmış problemə aydınlıq gətirib | Banco.az

Türk Hava Yolları biletlərin bronu ilə bağlı yaranmış problemə aydınlıq gətirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) məlumat sistemlərində yaranan nasazlıq səbəbindən bilet və rezervasiya sistemlərində yaranan problemin aradan qaldırılması üçün işlər görüldüyünü bildirib.

Banco.az xəbər verir ki, qlobal miqyasda hava yollarında, hava limanlarında, banklarda, telekommunikasiya şirkətlərində və yayım təşkilatlarında informasiya kəsintisi müşahidə edilməkdədir.

Avstraliyada yerləşən "Telstra" telekommunikasiya şirkəti qlobal kəsintinin həm "Microsoft", həm də "CrowdStrike"a təsir edən qlobal problemdən doğduğunu bildirib.

THY-nin mətbuat müşaviri Yahya Üstün də sosial mediada mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, informasiya sistemlərində yaranan problemlər səbəbindən biletlərin satışı və bronlaşdırma prosesində fasilələr yaranıb. O, bununla belə, şirkətin fəaliyyətinin tədricən normala qayıtdığını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et