Türk Hava Yolları 1 ayda 7,9 milyon sərnişin daşıyıb | Banco.az

Türk Hava Yolları 1 ayda 7,9 milyon sərnişin daşıyıb

Müəllif: Mehin Qasımova/Banco.az

Türk Hava Yolları sentyabrda və ilin ilk 9 ayında daşınan sərnişinlərin sayını və sərnişin doluluq nisbətini açıqlayıb. 

Banco.az  xəbər verir ki, avqust ayında daşınan sərnişin sayını 10,7 faiz artıraraq 8,7 milyona çatdıran şirkət, sentyabr ayında əvvəlki ilin eyni dövrünə görə  9,2 faiz  artaraq 7,9 milyona yüksəldib.

Şirkətin paylaşdığı hesabatda 2022-ci ilin sentyabr ayında daşınan sərnişinlərin ümumi sayının 7,3 milyon olduğu bildirilib.

Qeyd olunub ki, sözügedən dövrdə beynəlxalq transfer sərnişinlərinin sayı keçən ilki 2,3 milyondan 14,6 faiz artaraq 2,7 milyona çatıb.

Sərnişin doluluq nisbəti 0,4 bənd azalarkən, beynəlxalq doluluq nisbəti 84,6 faiz, ölkədaxili doluluq nisbəti isə 87,3 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin yanvar-sentyabr aylarında sərnişin sıxlığı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 bənd artaraq 83,1 faiz təşkil edib.

Beynəlxalq sərnişindaşıma 82,9 faiz, ölkədaxili sərnişin doluluğu isə 84,9 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et