Turizmdən ən çox gəlir götürən ölkə hansıdır? | Banco.az

Turizmdən ən çox gəlir götürən ölkə hansıdır?

Turizm, fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Bəs, dünyadakı insanların əksəriyyəti eyni yerlərə səyahət edərkən nə baş verir? Bu turist səfərləri hansı ölkələrə daha çox gəlir gətirir? Hansı ölkələrin iqtisadiyyatında turizmin rolu daha çoxdur?

Həmçinin oxu: Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?

Bugünkü məqaləmizdə beynəlxalq turizm sənayesində hansı ölkələrin daha çox paya sahib olduğunu və turistlərin hansı ölkələrdə daha çox pul xərclədiklərini araşdırmışıq.

Beynəlxalq Turizm Gəlirləri (2017 – ci il üzrə) ( milyard dollar ilə)

Xatırladaq ki, göstəricilər Ümumdünya Turizm Təşkilatının (ÜTT) 2017 –ci il üzrə hesabatına əsaslanmışdır. Cədvəldəki hər bir ölkə yerləşdiyi qitəyə müvafiq rənglə göstərilmişdir. Eyni zamanda qeyd edək ki, yuxarıdakı cədvəldə ölkələrin daxili turizm üzrə göstəriciləri əks olunmamışdır və beləliklə bu sizə hansı ölkənin iqtisadiyyatının beynəlxalq turizm sənayesindən nə dərəcədə asılı olduğunu görməyə imkan verir.

2017 – ci il üzrə Turizmdən Ən Çox Gəlir Götürən Ölkələrin ilk 10 – luğu

  1. ABŞ – 211 milyard dollar
  2. İspaniya – 68 milyard dollar
  3. Fransa – 61 milyard dollar
  4. Tailand – 57 milyard dollar
  5. Birləşmiş Krallıq – 51 milyard dollar
  6. İtaliya – 44 milyard dollar
  7. Avstraliya – 42 milyard dollar
  8. Almaniya – 40 milyard dollar
  9. Çin – 36 milyard dollar
  10. Yaponiya – 34 milyard dollar

Yuxarıdakı cədvəldə dünya turizm sənayesi ilə bağlı diqqət edilməli olan bir çox vacib nüanslar vardır. Ən bariz görünən nəticə təbii ki, hansı ölkənin turizmdən daha çox gəlir götürdüyüdür. Məsələn, Afrika və Orta Şərqə nəzər salaq. Bu iki ərazinin cəminin göstəricisindən iki dəfə daha çox olan Amerikaya baxaq. Belə ki, siyahıdakı 10 ölkənin gəlirlərinin birlikdə həcmi dünya turizm gəlirlərinin 49% - ni (643 milyard dollar) əhatə edir ki, bunun da təkcə 16% - i(211 milyard dollar) ABŞ – ın payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bu deməkdir ki, turizm sənayesi bəzi aparıcı ölkələrin iqtisadiyyatında xüsusi rola malikdir. Faktiki olaraq turistlər əsasən Qərb ölkələrində və bəzi Asiya ölkələrində pul xərcləyirlər. Avstraliya (42 milyard dollar)Yeni Zelandiya (10 milyard dollar) istisna təşkil edir ki, onlar da ingilis dilli ölkələrə aiddir.

Bu göstəricilər dünya turizm sənayesi haqqında maraqlı suallar doğurur. Ən əsası isə tanınmayan ölkələr və ərazilər bu yerlərdə pul xərcləyəcək turistləri necə cəlb edə bilərlər?

Tamara Mustafayeva, Banco.az