"Turizm sənayesi COP29-a tam hazırdır" | Banco.az

"Turizm sənayesi COP29-a tam hazırdır"

Azərbaycanda turizm, o cümlədən hotelçilik sənayesi COP29-a tam hazırdır.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatında bildirib.

"Bu baxımdan bütün tələblərə cavab verərək, iddia etdikləri ulduz dərəcəsinə layiq olan, təqdim etdikləri xidmətlərin keyfiyyətini ən yüksək səviyyədə qoruyub saxlayan və daim təkmilləşdirməyə çalışan bütün hotellərə təşəkkür edirəm. Ümid edirəm ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərin sırasına qoşula biləcəklər. Ulduz təsnifatı regionlar üzrə də davam edəcək", - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

"Qarşıda duran əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir", - deyə F.Nağıyev əlavə edib.

report

Ən sərfəli krediti almaq üçün müraciət et