Azərbaycanda xaricə istirahətə gedənlər əksər hallarda xidmətindən istifadə etdikləri turizm şirkəti ilə müqavilə bağlamırlar. Bu da səfər zamanı yarana biləcək problemlərlə bağlı turistlərin aidiyyəti qurumlara şikayət etməsinə imkan vermir. Problemdən xəbərdar olan Mədəniyyət və Turizm Nazirliyi isə bəyan edir ki, yaxın vaxtlarda turizm haqqında yeni qanun qəbul ediləcək. Qanuna əsasən, turistlərlə müqavilə bağlanılması, eləcə də onların sığortalanması məcburi olacaq.
ATV