Turistlərin ən çox bəyəndiyi şəhərlər | Banco.az

Turistlərin ən çox bəyəndiyi şəhərlər

"Trivago” turistik servisi 2015-ci ildə turistlərin ən yaxşı resenziyalarını qazanan dünyanın 10 şəhərindən “Global Reputation Rangin” siyahısını tərtib edib.

Birinci yerdə Kappadokyadakı Görəmə şəhəridir. Portalda ən yüksək əmsal bu şəhərə aiddir – 88,03. Kapadokyanın vulkanik mənşəli qeyri-adi landşaftı, eləcə də, YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan mağara məskənləri ilə turistləri cəlb etdiyi hesab olunur.

İkinci yerdə 2014-cü ildə 2019-cü il üçün Avropanın mədəni paytaxtı elan olunan İtaliyanın Matera şəhəridir. Onun reytinqi 87,48 baldır. Şəhər İtaliyanın cənubundakı Bazilikata regionunda yerləşir. Qayada oyulmuş Köhnə şəhərin bir hissəsi YUNESKO-nun Ümumdünya irsi obyektidir.

Ən sərfəli kredit üçün müraciət et

Liderlərin üçlüyünü 85,98 bal yığan Toskanadakı San-Ciminyano şəhəri qapadır. Siyahıya Braziliyanın Qramadu, Vyetnamın Hanoy, İtaliyanın Leççe, Kambodcanın Siyemreap, İrlandiyanın Killarni, İtaliyanın Sorrento və Funşal (Madeyra portu) daxil olub.

Siyahıdakı 10 şəhər 250 iddiaçı arasından seçilib və bu zaman səyahətçilərin 200 mindən çox rəyi nəzərə alınıb. “Global International Ranging” 130-dan çox mehmanxana strukturuna sahib olan şəhərləri nəzərdən keçirib və son 12 ay ərzində turistlərin resenziyalarını nəzərə alıb.

Ən sərfəli krediti almaq üçün müraciət et