"Turanbank"da yeni təyinat olub | Banco.az

"Turanbank"da yeni təyinat olub

"Turanbank" ASC-nin Filiallarla iş Departamentinə yeni direktor təyin edilib. Bu barədə Bankın saytına istinadən xəbər verilir.

Məlumata görə, bu vəzifəyə Məhəmməd Nağıyev gətirilib. Bu təyinata qədər Departamentin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Elbrus Hümbətov icra edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.

Mənbə: Report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et