“TuranBank” maliyyə vəziyyətini açıqladı | Banco.az

“TuranBank” maliyyə vəziyyətini açıqladı

“TuranBank” ASC 2019-cu ilin 1-ci rübünü 109 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2018-ci ilin 1-ci rübünü 216 min manat zərər ilə bağlamışdı.

2019-cu ilin yanvar-mart dövründə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 650 min manat, cəmi xərcləri isə 9 milyon 93 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 444 min manat əməliyyat zərəri yaranıb. Lakin ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan 553 min manatın azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 109 min manat xalis mənfəəti qalıb. 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 53 min manat, cəmi xərcləri 8 milyon 123 min manat, əməliyyat zərəri 70 min manat təşkil etmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 146 min manat da ayrıldığından zərər 216 min manata yüksəlmişdi.

Ötən ilin birinci rübü ilə müqayisədə cari ilin ilk rübündə “TuranBank”ın cəmi gəlirləri 597 min manat, cəmi xərcləri isə 970 min manat artıb. “TuranBank”ın xərclərinin gəlirlərindən daha çox artması ilə əlaqədar olaraq əməliyyat zərəri 373 min manat daha çox olub. Bankın əməliyyat mənfəətinə çıxması üçün gəlirlərini daha çox artırması lazımdır.  

 

 FAİZ GƏLİRLƏRİ ARTIB

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin ilk rübündə “TuranBank”ın faiz gəlirləri 7 milyon 243 min manat ikən, cari ilin ilk rübündə 7 milyon 986 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 810 min manatdan 664 min manata düşüb.

 

AKTİVLƏRİ YARIM MİLYARD MANATI AŞIB

31 Mart 2019-cu il tarixində “TuranBank” 500 milyon 171 min manat cəmi aktivlərə, 441 milyon 6  min manat cəmi öhdəliklərə və 59 milyon 165 min manat cəmi balans kapitalına malik olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda Bank 492 milyon 606 min manat cəmi aktivlərə, 433 milyon 473 min manat cəmi öhdəliklərə və 59 milyon 133 min manat cəmi balans kapitalına malik idi.

İlk 3 ayda Bankın müştərilərə verdiyi kreditlər 313 milyon 80 min manatdan 314 milyon 701 min manata yüksəlib.

 

MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN YÜKSƏKDİR

31 Mart 2019-cu il tarixində “TuranBank” 63 milyon 572 min manat məcmu kapitala malik olub, bu da 50 milyon manat olan minimal tələbdən yüksəkdir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç