"Turanbank" ikinci rübü zərərlə başa vurub | Banco.az

"Turanbank" ikinci rübü zərərlə başa vurub

2016-cı ilin 2-ci rübü üçün “Mənfəət və zərər haqqında hesabat”ı açıqlayan “Turanbank”ın zərərə uğradığı məlum olub.

Belə ki, bankın zərəri  560 min manat təşkil edib.

Bank 2015-ci ilin yekununda 1 milyon 301 min manat mənfəət əldə etsədə, cari ilin birinci rübünü  1 milyon 266  min manat zərərlə başa vurub.

Cari ilin 2-ci rübündə “Turanbank”ın “Xalis faiz mənfəəti” 1 milyon 941 min manat, “Qeyri-faiz gəlirləri” 625 min manat, “Qeyri-faiz xərcləri” isə 3 milyon 012 min manat olub. “Xalis əməliyyat mənfəəti” isə -446 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdıraq ki, bankın aktivləri sözügedən rübdə 476 milyon 885 min manat, kapitalı isə 54 milyon 63 min manat olub. Bankın kredit portfeli 268 milyon 819 min, depozit portfeli isə 179 milyon 727 min manat həcmində müəyyən olunub.

"Turanbank" "Turan" KB olaraq 12.06.1992-ci il tarixli 60 nömrəli lisenziya əsasında yaradılmışdır və 30.12.1992-ci il tarixli 115 nömrəli lisenziya əsasında milli və xarici valyutada hər cür əməliyyatları aparmağa icazə verilmişdir.