Tümendə Azərbaycan istehsalı olan məhsullara böyük tələbat var | Banco.az

Tümendə Azərbaycan istehsalı olan məhsullara böyük tələbat var

Azərbaycanlı sahibkarlar Rusiyanın Tümen vilayətinin hökumətinin dəstəyi ilə kartof emalı zavodu, meyvə-tərəvəz bazası və SPA otelin tikintisində iştirak edə bilərlər. Bunu Bakıda səfərdə olan vilayətin qubernatoru Vladimir Yakuşev bildirib.

Qubernator bildirib ki, onun rəhbərlik etdiyi region azərbaycanlı sahibkarlara sıx əməkdaşlıq etmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

"Azərbaycanda istehsal olunan meyvə-tərəvəzə bizim əhali tərəfindən böyük tələbat var. Azərbaycanlı sahibkarlar Tümen vilayətinin sənaye parkı ərazisində topdan satış mərkəzi yarada bilərlər. Mərkəzdə toplanan məhsullar yalnız Tümenə deyil, eyni zamanda digər yaxın regionlara göndərilə bilər. Biz sahibkarlar üçün bütünü zəruri infrastrukturla təchiz olunmuş torpaq sahəsini də təklif edə bilərik", - deyə qubernator bildirib.

Mənbə: Apa.az