Trumpın Vaşinqtondakı otelinin mənfəəti proqnozları 192% üstələyib | Banco.az

Trumpın Vaşinqtondakı otelinin mənfəəti proqnozları 192% üstələyib

“Trump International Hotel”-də bir gecə qalmağın qiyməti $653 dollardır. Şəhərin digər lüks ötellərində bir gecəlik nömrənin qiyməti ortalama 495 dollardır. Bu haqda Banco.az portalı "Forbes.ru"ya istinadən yazır.

ABŞ-ın cari prezidenti Donald Trumpın şirkətinə məxsus olan və Vaşinqtonun mərkəzində yerləşən beş ulduzlu “Trump International Hotel”-in mənfəəti 2017-ci ilin ilk 4 ayı ərzində $1,97 mln təşkil edib, bu isə proqnozlardan 192% daha çox olub. Bu haqda avqustun 10-da The Washington Post rəsmi hesabata istinad edərək məlumat paylaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Trump Organization belə ehtimal edirdi ki, ilin ilk dörd ay ərzində, otelin zərəri 2,1 mln dollar olacaq, çünki otel cəmi bir neçə ay öncə, 2016-ci ilin payızında açılıb. Amma gözlənilənin əksinə olaraq, otelin mənfəəti 1,97 mln təşkil edib. Hesabat dövrü ərzində otelin gəlirləri 18 mln dolları üstələyib.

Qeyd edək ki, Trump  Forbesin ən zəngin ABŞ sakinlərinin reytinqində 201-ci pillədə yer alır, sərvətinin miqdarı 3,2 milyard dollar təşkil edir.