"Trampın yeni tarifləri Tesla avtomobillərinin qiymətlərinə ciddi təsir göstərəcək" | Banco.az

"Trampın yeni tarifləri Tesla avtomobillərinin qiymətlərinə ciddi təsir göstərəcək"

"Yeni Tesla avtomobillərinin qiymətləri Tramp administrasiyasının digər ölkələrlə ticarət məhdudiyyətləri səbəbindən artacaq".

Banco.az xəbər verir ki, bu sözləri  milyarder İlon Mask   X-də yazıb.

"Qeyd etmək lazımdır ki, Tesla bu məsələdə zərərsiz qalmayıb. Tariflərin Teslaya təsiri hələ də əhəmiyyətlidir. Tarif məhdudiyyətləri başqa ölkələrdən gətirilən Tesla avtomobilləri üçün ehtiyat hissələrinin qiymətinə təsir edəcək, qiymətə təsiri əhəmiyyətli olacaq",-  milyarder qeyd edib.

Martın 26-da Tramp ABŞ-ın ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumları tətbiq edəcəyini açıqlayıb. Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq etdi və Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırdı. Martın 6-da Tramp üçtərəfli ticarət sazişi çərçivəsində Kanada və Meksikadan gətirilən mallara 25 faizlik idxal tariflərinin tətbiqini aprelin 2-dək təxirə salmaq barədə sərəncam imzalayıb.