Trampın TikTok qadağası dayandırıldı | Banco.az

Trampın TikTok qadağası dayandırıldı

Tamara Mustafayeva, Banco.az

ABŞ-da Federal Məhkəmə Trampın TikTok qadağasını müvəqqəti dayandırıb.

Sosial media istifadəçilərinin TikTok tətbiqini yükləməsinin bazar günü yerli vaxtla 23:59-dan etibarən qadağan edilməsini nəzərdə tutan qanun qüvvəyə minməsinə bir neçə saat qalmış paytaxt Vaşinqtonda fəaliyyət göstərən federal məhkəmələrdən biri tərəfindən müvəqqəti təxirə salınıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Çinin sosial media platforması TikTok tətbiqinin ABŞ-dakı qolunun Oracle-Walmart əməkdaşlığı çərçivəsində satın alınmasına dair əldə edilməsi gözlənilən razılaşmanı imzalayacağını elan etməsindən sonra ABŞ Ticarət Nazirliyi 20 sentyabr tarixində qüvvəyə minməsi nəzərdə tutulan qadağanı 27 sentyabr tarixinədək təxirə salmışdı.

Həmçinin oxu: Çin artıq TikTok razılaşmasına əvvəlki kimi müsbət yanaşmır

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et