Trampın hədələri Türk lirəsinə mənfi təsir etdi | Banco.az

Trampın hədələri Türk lirəsinə mənfi təsir etdi

Türkiyənin "Barış pınarı" əməliyyatı və ABŞ Prezidenti Donald Trampın hədələri Türk lirəsinə mənfi təsir edir.

Bu gün Dollar/TL məzənnəsi 5.9007 səviyyəsini görüb (Lirə ucuzlaşıb, Dollar bahalaşıb). Türkiyə Suriyada yeni hərbi əməliyyata başlamamışdan əvvəl Dollar 5.60 lirə səviyyələrində idi. 

ABŞ Prezidenti Donlad Tramp Türkiyə barədə ziddiyyətli açıqlamalar verməkdə davam edir və son olaraq sanksiya ilə hədəlyib: "Lindsey Graham və Demokratlar daxil Konqresin bir çox üzvü ilə Türkiyəyə güclü sanksiyalar tətbiqi məsələsini müzakirə edirik. Xəzinə Nazirliyi həyata keçirməyə hazırdır, əlavə hüquqi tədbirlər də görülə bilər. Bu məsələdə böyük fikir birliyi var. Türkiyə etməməyimizi istədi. Prosesləri təqib edin!" bildirb.

Marja