Bu ilin yanvarında vəzifəyə başlayandan bəri ABŞ prezidenti Donald Tramp ümumi məbləği 100 milyon dollardan çox olan korporativ, dövlət və bələdiyyə istiqrazları alıb .
Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutub. Materialda göstərildiyi kimi, yanvarın 21-dən o, qiymətli kağızların alınması üçün 600-dən çox maliyyə əməliyyatı həyata keçirib.
Hər bir əməliyyatın dəqiq məbləği açıqlanmır.
Məsələn, Amerika lideri "Citigroup", "Morgan Stanley", "Meta" və digər şirkətlərin korporativ istiqrazlarını, habelə ABŞ-ın şəhər, ştat və qraflıqları tərəfindən buraxılmış analoji qiymətli kağızları alıb.
Agentlik bildirib ki, alınan istiqrazlar Tramp administrasiyası dövründə ABŞ siyasətindəki dəyişikliklərdən faydalana biləcək emitentlər sırasındadır.