Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib | Banco.az

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

Müəllif:Ayşən İmanova/Banco.az

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, prezident Co Baydenin administrasiyası böyük qasırğadan zərər çəkmiş amerikalılara fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib:

“Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu dəhşətli vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç nəyi qalmamışdı”.

Ən sərfəli krediti almaq üçün müraciət et