Tramp: Türkiyə F-35 təyyarələrini alacaq | Banco.az

Tramp: Türkiyə F-35 təyyarələrini alacaq

Müəllif:Mehin Qasımova,Banco.az

 ABŞ Prezidenti Donald Tramp Türkiyənin beşinci nəsil F-35 qırıcı təyyarələri alacağını açıqlayıb.

Banco.az xəbər verir ki, prezident bu barədə  NATO-nun Ankarada keçirilən sammiti zamanı NATO-nun baş katibi Mark Rutte ilə görüşdə bildirib.

 Qeyd edək ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara S-400 hava hücumundan müdafiə sistemlərinin dörd diviziyasını alıb.

Türkiyə ilə Rusiya arasında S-400-lərin alay dəstinin tədarükü üçün müqavilənin imzalanmasından sonra Ankara ABŞ-ın yeni nəsil F-35 qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılıb.