Tramp qərarı imzaladı: Bütün ölkələrə 10% vergi tətbiq olunacaq | Banco.az

Tramp qərarı imzaladı: Bütün ölkələrə 10% vergi tətbiq olunacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp bütün mallara 10 faiz vergi tətbiq edəcək.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Tramp məsələ ilə bağlı özünün "Truth Social" hesabında açıqlama verib.

Ağ Evin açıqlamasında Trampın müvəqqəti idxal tarifinin tətbiqi ilə bağlı qərar imzaladığı təsdiqlənib.

24 fevralda qüvvəyə minəcək müvəqqəti idxal tarifi 150 gün müddətində qüvvədə olacaq. Bəzi məhsullara müvəqqəti idxal tarifi tətbiq olunmayacaq.

Bəyanatda Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi ilə ona verilən səlahiyyətdən istifadə etdiyi bildirilir və bu maddənin prezidentə əlavə tariflər və digər xüsusi idxal məhdudiyyətləri vasitəsilə müəyyən əsas beynəlxalq ödəniş məsələlərini həll etmək səlahiyyəti verdiyi vurğulanır.