Müəllif:Ayşən İmanova/Banco.az
"TikTok" sosial şəbəkəsində ABŞ-nin keçmiş Prezidenti Donald Trampın hesabı peyda olub.
Banco.az xəbər verir ki, "realdonaldtrump" adlı istifadəçinin hesabı təsdiqlənib. Səhifədə Trampın beynəlxalq idman təşkilatı UFC-nin tədbirində iştirak etdiyi yalnız bir video yayımlanıb.
Müşahidəçilər hesab edir ki, Trampın bu addımı qarşıdan gələn prezident seçkiləri ərəfəsində potensial seçicilər də daxil olmaqla gənc auditoriyanı öz tərəfinə cəlb etməyə hesablanmış texnoloji gedişdir. 24 saat ərzində Trampın ilk videosu təxminən 59 milyon dəfə izlənilib və 3 milyondan çox istifadəçi onun hesabına abunə olub.
Qeyd edək ki, prezidentliyi dövründə Donald Tramp ABŞ-da “TikTok”u qadağan etməyə çalışsa da, məhkəmə onun qərarını əngəlləmişdi. Keçmiş prezident, Bayden kimi, öz tələblərini milli təhlükəsizliklə əsaslandırırdı.
Bizi sosial şəbəkələrdən izləyin!!