ABŞ prezidenti Tramp həftəsonunu keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarəsində mətbuat mənsubları ilə cari hadisələri dəyərləndirib.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə razılaşmasına nail olub-olmamasından asılı olaraq əlavə sanksiyaların tətbiq ediləcəyini deyib.
“Bizim İrana qarşı əlavə tariflərimiz var və hər hansı bir irəliləyiş görməsək, bir neçə həftə ərzində onları tətbiq edəcəyik. Hazırda onları tətbiq etmirik",- deyə Ağ ev lideri bildirib.
İranın razılığa gəlməsinə üstünlük verəcəyini vurğulayan Tramp əks halda bunun Tehran üçün yaxşı olmayacağını qeyd edib. Tramp əlavə edib ki, o, İran administrasiyasının nüvə məsələsində razılaşma əldə edəcəyinə inanır.
O, Rusiya prezidenti Putini də hədələyib.Tramp Rusiya isə atəşkəs üçün vasitəçilik səylərinə mane olacağı təqdirdə ona əlavə rüsumlar tətbiq edəcəyi barədə xəbərdarlıq edib.