Tramp: Gəmilərə dəyən ziyan İranın dondurulmuş aktivləri hesabına ödəniləcək | Banco.az

Tramp: Gəmilərə dəyən ziyan İranın dondurulmuş aktivləri hesabına ödəniləcək

Müəllif:Mehin Qasəmova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında baş verən hücumlar nəticəsində zərər görən gəmilər və yüklər üçün kompensasiyanın ABŞ-da dondurulmuş İran aktivləri hesabına ödəniləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edərək bildirib ki, növbəti xəbərdarlığa qədər gəmilərə, yüklərə və ya digər məhsullara dəyən bütün zərərlər ABŞ-ın nəzarətində saxlanılan İran vəsaitləri hesabına qarşılanacaq.

“Bundan sonrakı xəbərdarlığa qədər gəmilərə, yüklərə və ya hər hansı məhsula dəyən hər hansı bir zərər ABŞ-ın nəzarətində olan və saxladığı İran pulları ilə ödəniləcək. Bu, atılmalı olan ədalətli və bərabər addımdır”, – deyə Tramp bildirib.

Məlumata görə, ABŞ daha əvvəl müəyyən İran aktivlərinin qaytarılması ilə bağlı razılıq versə də, hazırda ölkədə təxminən 2 milyard dollar dəyərində İran aktivinin dondurulduğu bildirilir.

İranın xaricdə dondurulmuş ümumi aktivlərinin həcmi ilə bağlı rəsmi rəqəm açıqlanmayıb. Müxtəlif hesablamalara əsasən, bu vəsaitlərin ümumi dəyəri 27 milyard dollardan 100 milyard dollardan çox ola bilər.