"Tramp danışa bilər, ancaq Fed öz hədəflərinə fokuslanıb" | Banco.az

"Tramp danışa bilər, ancaq Fed öz hədəflərinə fokuslanıb"

ABŞ Mərkəzi Bankının (Fed) Minneapolis şöbəsinin sədri Neel Kashkari, Trampın danışa biləcəyini, ancaq Fed-in öz hədəflərinə fokuslandığını bildirib.

Kashkari çıxışında, "Prezidentlər istədiklərini söyləməkdə azaddırlar və sizə böyük bir inamla deyə bilərəm ki, iş yoldaşlarım və mən bunları nəzərə almırıq", - deyib.

Ən sərfəli kredit üçün müraciət et

Kashkari, "Statistik göstəricilərə fokuslanmışıq. Gələn məlumatlara əsaslanaraq və Konqresin tapşırdığı məqsədlərə əsaslanaraq, ən yaxşı qərarı verməyə çalışırıq" şəklində danışıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fed və Fed sədrini faiz artırdığına görə tənqid edir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et