Tramp Çindən gələn mallara rüsum tətbiq etmək niyyətindədir | Banco.az

Tramp Çindən gələn mallara rüsum tətbiq etmək niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə Çin və digər ölkələrdən gələn məhsullara rüsumları artırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə o, “Bloomberg” biznes nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Çin mallarına 60 faizdən 100 faizə qədər tariflər tətbiq etməklə yanaşı, digər ölkələrdən idxal olunan mallara da ümumi 10 faizlik rüsum tətbiq etmək lazımdır.

Qeyd edək ki, ABŞ hazırda Çin idxalına 25% rüsum tətbiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et