Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın ailəsinin sərvəti onlara məxsus kriptovalyuta sayəsində bir gündə 5 milyard dollardan çox artıb.
Banco.az xəbər verir ki, bu barədə World Liberty Financial (WLFI) məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, WLFI tokenində ticarət açıldıqdan sonra qazanılan məbləğ Tramp ailəsinə məxsus bütün daşınmaz əmlakın dəyərini üstələyib.
Bu isə Tramp ailəsinin inauqurasiyadan sonra əldə etdiyi ən böyük maliyyə uğuru kimi qiymətləndirilir.
WLFI kripto layihəsi bir il əvvəl Trampın seçki kampaniyası zamanı yaradılıb.
Wall Street Journal-ın məlumatına görə, Tramp o zaman bunun “Amerikanı yenidən möhtəşəm etmək, lakin bu dəfə kriptovalyuta ilə” təşəbbüsü olduğunu söyləyib.
Trump ailəsi WLFI tokenlərinin yalnız dörddə birinə sahibdir və ABŞ Prezidenti layihənin fəxri həmtəsisçisi kimi təqdim olunur.