Tramp aprelin ilk həftəsində Çinə səfər edəcək | Banco.az

Tramp aprelin ilk həftəsində Çinə səfər edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Trampın Pekinə səfər edəcəyi bildirilir.

Banco.az xəbər verir ki, "Politico"nun  verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp aprelin ilk həftəsində Çin prezidenti Si Cinpinlə görüşmək üçün Pekinə gedəcək.

Xəbərdə səfər çərçivəsində iki lider arasında danışıqların aparılacağı bildirilsə də, görüşün gündəliyi ilə bağlı təfərrüatlar paylaşılmayıb.