Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da Donald Tramp administrasiyası ştatlara göndərilən təbii fəlakət fondlarını "İsraili boykot etməmək" şərti ilə qoyub.
Banco.az xəbər verir ki, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) cümə günü yenilənmiş bir təlimatla ştatlara ayrılan vəsaitlərlə bağlı İsrailin xeyrinə daha sərt qaydalar tətbiq edib.
Yeni tənzimləməyə əsasən, İsrailə qarşı hər hansı bir boykot həyata keçirən ştat hökumətləri 1,9 milyard dollar dəyərində fəlakət fondunun kəsilməsi riski ilə üzləşəcək.
Sözügedən qayda, fond tələb edən ştatların xüsusilə İsrail şirkətləri və ya İsraillə əməkdaşlıq edən firmalarla ticarət əlaqələrinin kəsilməsini və ya məhdudlaşdırılmasını dəstəkləməməsini məcburi edir.
İsrailə və ya İsrail şirkətlərinə qarşı boykot tətbiq etdiyi müəyyən olunan ştatların vəsaiti isə yeni qaydalara əsasən dayandırılacaq.
Tramp administrasiyasının bu addımı ABŞ ictimaiyyətində, xüsusilə Demokrat dairələrdə “siyasi qərar” kimi qiymətləndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!