Tramp: ABŞ idxal tariflərinin artırılması ilə bağlı 90 günlük fasiləni uzada bilər | Banco.az

Tramp: ABŞ idxal tariflərinin artırılması ilə bağlı 90 günlük fasiləni uzada bilər

ABŞ idxal tariflərinin artırılması ilə bağlı 90 günlük fasiləni uzada bilər.

Banco.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

Ondan aprelin 9-da elan etdiyi üç aylıq fasilənin uzadılmasının mümkün olub-olmadığına aydınlıq gətirməsi istənilib: “Həmin məqamda nə baş verəcəyini görməliyik”, - deyə Tramp cavab verib.

Amerika prezidenti həmçinin qeyd edib ki, digər ölkələrlə potensial ticarət müqavilələri qarşılıqlı faydalı olmalıdır. “Əgər 90 gün ərzində istədiyimiz və ya əldə etməmiz lazım olan sövdələşməni əldə edə bilməsək, o zaman daha yüksək tariflərlə olduğumuz yerə qayıdacağıq”, - Amerika lideri əlavə edib.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Çərşənbə günü Tramp danışıqlara hazır olduqlarını nümayiş etdirən ölkələr üçün tarif artımlarını 90 gün müddətinə dayandırdığını bildirib.Eyni zamanda, Amerika lideri Çindən gələn məhsullara rüsumları 125%-ə qaldırıb. Eyni zamanda, cümə axşamı CNBC telekanalı ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verir ki, ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi ümumi gömrük rüsumları hazırda 145% təşkil edir.