Tramp 4 martdan Meksika, Kanada və Çindən gələn mallara rüsumlar tətbiq etmək planlarını təsdiqlədi | Banco.az

Tramp 4 martdan Meksika, Kanada və Çindən gələn mallara rüsumlar tətbiq etmək planlarını təsdiqlədi

Müəllif - Eldar Kərimov - Banco.az

 ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə 4 mart tarixindən etibarən Meksika və Kanadadan gələn mallara 25% həcmində rüsumlar tətbiq etmək niyyətini təsdiqləyib.  

Bundan əlavə, onun sözlərinə görə, həmin tarixdən Çindən gələn mallara "əlavə 10%" rüsumlar qoyulacaq.  

Bu qərarı əsaslandıran Tramp vurğulayıb ki, "narkotiklər hələ də Meksika və Kanadadan ölkəmizə çox böyük və qəbuledilməz miqdarda daxil olur". "Bu narkotiklərin böyük hissəsi (...) Çin tərəfindən istehsal olunur və tədarük edilir," - deyə ABŞ prezidenti yazıb.  

Fevralın əvvəlində Tramp Meksika və Kanadadan idxal olunan mallara 25%, Çindən gələnlərə isə 10% rüsum tətbiq edilməsi barədə fərman imzalayıb.  

Daha sonra ABŞ prezidenti bu tədbirlərin tətbiqini bir ay təxirə salmaq qərarını elan edərək ölkə rəhbərlərinə vəziyyətin həlli üçün addımlar atmaq imkanı vermişdi.