Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota” şirkətinin qlobal satış həcmi iyul ayında rekord vurub.
Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Toyota Motor” qlobal satışlarının iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə təxminən 8 faiz artaraq 859 min 506 ədədə çatdığını bildirib.
“Hino Motors” və “Daihatsu” markalarını da daxil etdikdə isə şirkətin satışları sözügedən dövrdə 5,2 faiz artaraq 918 min 345 ədəd hesablanıb.
Qeyd edək ki, avtomobil nəhəngi iyul ayında qlobal istehsal səviyyəsini də yüksək saxlamaqla illik 14,6% artıraraq 809 min 400 avtomobilə çatdırıb.
Bununla yanaşı, şirkətin Yaponiyadakı satışları təxminən 35 faiz artaraq 1 milyon 1025 ədəd, Çində isə 15 faiz azalaraq 152 min 717 ədəd olub. ABŞ-da satışlar 8,1 faiz, Avropada isə 17,8 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!