"Toyota” Şanxayda elektromobil zavodu tikməyi planlaşdırır | Banco.az

"Toyota” Şanxayda elektromobil zavodu tikməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” Şanxayda elektromobil istehsalı zavodu tikməyi planlaşdırır.

Banco.az xəbər verir ki, “Toyota” rəhbərliyi artıq Şanxay hakimiyyəti ilə Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın şəhərdə sahib olduğu oxşar təşviqlər, yəni vergi güzəştləri, siyasi dəstək və torpaq qrantları əldə etmək üçün danışıqlar aparır. Bundan əlavə, Yaponiya şirkəti yerli vençur kapitalını cəlb etmədən obyektə birbaşa nəzarət etmək imkanı əldə etməyə çalışır.

Məlumata görə, “Toyota” Şanxayda “Lexus” brendi altında elektrik avtomobilləri istehsal etmək istəyir. Bununla belə, yapon şirkəti ilə şəhər rəhbərliyi arasında danışıqlar hələ də yekunlaşmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et