1997-ci ildən bu yana Toyota 14 milyon ədəddən çox hibrit avtomobil satıb.
Toyota-nın 2019-cu ilin ilk 7 ayında Avropa bazarındakı hibrit satışları 328 min 23 ədəd təşkil edib. Bununla Toyota-nın Avropa satışlarının içindəki hibritlərin payı da 50 faiz ətrafında olub.
İndiyədək Toyota-nın Avropadakı hibrit avtomobil satışları 2 milyon 494 min 263 ədədə yüksəlib.
Öz özünə enerji yığan hibrit texnologiyası aşağı yanacaq sərfiyyatı təmin edir.
Corolla Hybrid, Yaris Hybrid, RAV4 Hybrid, Camry Hybrid və Toyota C-HR Hybrid ən çox satılan Toyota hibrit modelləridir.
Toyota ilk hibrit modelini 1997-ci ildə bazara çıxarıb.
Marja