Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota” əməliyyat mənfəəti proqnozunu 50 faiz artırıb.
Banco.az xəbər verir ki, rekord rüblük maliyyə nəticələrindən sonra “Toyota” zəif yen, güclü qlobal avtomobil tələbi və təchizat zəncirlərinin yaxşılaşması ilə əlaqədar əməliyyat mənfəəti proqnozunu 50 faiz artırıb.
Şirkətin verdiyi açıqlamada əməliyyat mənfəətinin mart ayına qədər davam edəcək maliyyə ilində 4,5 trilyon yenə (29,7 milyard dollar) çatacağı proqnozlaşdırılırıb. Bu istiqamətdə əvvəlki qiymətləndirmə 3 trilyon yen (19,8 milyard dollar) idi.
Şirkət proqnozlarını yuxarıya doğru dəyişsə də, səhmləri geri almaq qərarını da açıqlayıb. Belə ki, yapon avtomobil istehsalçısı şirkət 100 milyard yen (660 milyon dollar) və ya 0,44 faizlik səhmləri geri almağı planlaşdırdığını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!