“Toyota”, “Mazda” və “Fiat Chrysler” 136 min avtomobili geri çağırır | Banco.az

“Toyota”, “Mazda” və “Fiat Chrysler” 136 min avtomobili geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın “Toyota Motor” şirkəti stabilizasiya sisteminin elektron idarəetmə blokundakı proqram xətası səbəbindən 42 mindən çox “Corolla Cross” hibrid krossoverini geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, geri çağırma “Bosch” əyləc ötürücüləri olan  2023-2024 modellərinə şamil edilir.

Məlumata görə, səhv döngə dönərkən təcili əyləc gücləndiricisinin sıradan çıxmasına səbəb ola bilər. Bu, əyləc məsafəsini artıraraq qəza riskini artıra bilər.

Bundan əlavə, Avropanın “Stellantis”şirkətinin bir hissəsi olan Yaponiyanın “Mazda” və “Fiat Chrysler” avtomobil şirkətləri “Bosch”un Şimali Amerika bölməsi tərəfindən istehsal olunan hava yastığı idarəetmə modullarında proqram səhvinə görə avtomobilləri geri çağırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, səhv qəza zamanı ön təhlükəsizlik yastıqlarının həddindən artıq açılması ilə nəticələnə bilər. Xətanı aradan qaldırmaq üçün dilerlər modulları pulsuz olaraq yenidən proqramlaşdıra bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram