Müəllif:Mehin Qasımova/Banco.az
Toyota son 25 ilin ən böyük maaş artımını etməyə razılaşıb.
Banco.az xəbər verir ki, şirkət aylıq əmək haqqını 28 440 yen (193 dollar) artıracaq.
Bundan əlavə, işçilərə mükafatlar veriləcək.Toyota Motor, dördüncü ildir ki, əmək haqqı və bonusların artırılması ilə bağlı həmkarlar ittifaqının tələblərini tam şəkildə qəbul edir. Bu inkişaf ölkədə sabit əmək haqqı-qiymət tsiklinin formalaşmağa başladığının göstəricisidir. Toyota İnsan Resursları Direktoru Takanori Azuma bildirib ki, bu rəqəmlər indiyə qədərki ən yüksək göstəricidir.
Qeyd edək ki, Toyota, 5 milyondan çox insanın işlədiyi avtomobil istehsalçıları və təchizatçılar şəbəkəsinin mərkəzindədir.
Bu səbəbdən şirkət böyük şirkətlər arasında iqtisadiyyat və əmək haqqı tendensiyası baxımından aparıcı rola malikdir. Eyni zamanda, Honda və Mazda da artıq əmək haqqının artırılması ilə bağlı həmkarlar ittifaqının tələblərini qəbul ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!