Toyota Aya avtomobil göndərəcək | Banco.az

Toyota Aya avtomobil göndərəcək

Tamara Mustafayeva, Banco.az

Yaponiyanın transmilli avtomobil istehsalçısı Toyota Yaponiyanın Kosmik Araşdırmalar Mərkəzi (JAXA) ilə birlikdə kosmik gəmi hazırlığı ilə məşğuldur və sözügedən vasitəyə "Lunar Cruiser" adı verilib. Hazırlanan bu kosmik araşdırma vasitəsi Toyota şirkətinin hidrogen mühərriki texnologiyasından istifadə edilərək kosmosda hərəkət edə biləcək.

İnsanların yaddaşında asanlıqla qalacaq bir ad hesab edilən "Lunar Cruiser" Toyota keyfiyyəti, dayanıqlılığı, etibarlılığı və hər şəraitdə məğlubedilməzliyi ilə tanınan "Land Cruiser" modelinə istinad edir. "Land Cruiser" modelindən ilham alınaraq hazırlanan "Lunar Cruiser" Ayın səthində problemsiz səyahət imkanı yaratmaq üzrə hazırlanır.

Toyota və JAXA əməkdaşlığı çərçivəsində hazırlanan və 2029-cu ildə Aya göndərilməsi planlaşdırılan kosmik gəminin 2020-ci ilin sonuna qədər təqdim ediləcəyi gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İlk insanlı kosmik gəminin uçuşu reallaşdı - Kosmik Turizm Dövrü Başlayır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et