Müəllif:Ayşən İmanova/Banco.az
Fransanın neft-qaz şirkəti “TotalEnergies” 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini illik müqayisədə 22% azaldıb, lakin rüblük müqayisədə bu rəqəm 72% artıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Qeyd olunur ki, oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 5,063 milyard dollarla müqayisədə 3,956 milyard dollar təşkil edib. Üçüncü rübdə mənfəət 2,294 milyard dollar olub.
Dəqiqləşdirilmiş mənfəət bir il əvvəlki 5,226 milyard dollardan 4,406 milyard dollara düşüb. Dördüncü rübdə şirkətin gəliri 14% azalaraq 47,116 milyard dollar təşkil edib.
Ötən rübdə gündəlik karbohidrogen hasilatı 2,43 milyon barel neft ekvivalentinə qədər azalıb. 2023-cü ilin eyni dövründə bu göstərici gündəlik 2,462 milyon barel neft ekvivalenti təşkil edib.
Bu ilin birinci rübündə Fransa şirkəti hasilatın gündəlik 2,5-2,55 milyon barel neft ekvivalenti səviyyəsində olacağını planlaşdırır.
Qeyd edək ki, “TotalEnergies”in kapitallaşması son üç ayda 2,2% azalaraq 130 milyard avroya düşüb.