"TotalEnergies" və "BP" Almaniyada tender qazanıblar | Banco.az

"TotalEnergies" və "BP" Almaniyada tender qazanıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TotalEnergies” və “BP” Almaniyada tender qazanıblar.

Banco.az xəbər verir ki, “BP” və “TotalEnergies” Almaniyada tikiləcək 14 milyard dollarlıq (12,6 milyard avro) dəniz külək stansiyası üçün tenderin qalibi olublar.

Bu barədə Almaniyanın enerji bazarını tənzimləyən qurumu Federal Şəbəkə Agentliyi (Bundesnetzagentur) məlumat yayıb.

Bildirilib ki, Almaniya sözügedən tenderlərlə Şimal və Baltik dənizlərində tikiləcək layihələrə 14 milyard dollar ayırıb.

İngilis enerji şirkəti “BP” iki fərqli tenderdə 4000 meqavatlıq dəniz külək enerjisi layihəsini qazanıb. Fransanın "TotalEnergies" neft şirkəti isə iki ayrı tenderlə 3 min meqavatlıq layihənin inşasına dair hüquq əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram