“TotalEnergies” Afrikanı tərk edir | Banco.az

“TotalEnergies” Afrikanı tərk edir

Müəllif:Ayşən İmanova/Banco.az

Fransanın “TotalEnergies” şirkəti bu yanacağın ixracında Afrika ölkələri arasında lider olan Nigeriyada iki neft yatağının satıldığını elan edib.

Banco.az xəbər verir ki, söhbət Nigeriya Milli Neft Şirkəti ilə birgə hazırladığı “Olo” və “Olo West” bloklarından gedir.

Məlumata görə, fransız şirkəti öz aktivlərini yerli neft şirkəti “Aradel Holdings”ə 19,5 milyon dollara satıb.

Qeyd edək ki, “TotalEnergies” artıq bir neçə aydır ki, Afrikadan çəkilmə siyasəti aparır: idarəetmə sisteminin azaldılması və neft və qaz aktivləri portfelinin optimallaşdırılması səyləri fonunda şirkət qitədə investisiyaları durmadan azaldır.

2024-cü il iyulun sonunda “TotalEnergies” artıq Niger Deltasındakı 18 neft və qaz layihəsindən çıxmaqla “Shell Petroleum Development Company of Nigeria Limited”dəki 10 faiz səhmini satıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu proses Nigeriya hakimiyyətinin neft hasilatında milli şirkətlərin rolunu gücləndirmək istəyi ilə izah olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et