"Toshiba" Tokio birjasından çıxarıldı | Banco.az

"Toshiba" Tokio birjasından çıxarıldı

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiyanın texnologiya nəhənglərindən biri olan "Toshiba", 74 il sonra Tokio Birjasından çıxarılıb. 

Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Belə ki, "Toshiba", 2023-cü ilin mart ayında Tokioda yerləşən özəl kapital firması olan Yapon Sənaye Partnyorlarının rəhbərlik etdiyi konsorsiumdan 15 milyard dollarlıq alış təklifini qəbul edib. Proses 2023-cü ilin sentyabrında başa çatıb. Bu kontekstdə "Toshiba" bu gün  birjadan çıxarılıb.

Mənbənin məlumatına görə Toshiba-nı satın alan konsorsiumdakı şirkətlər arasında maliyyə xidmətləri firması "Orix", elektrik xidmətləri təminatçısı "Chubu Electric Power" və çip istehsalçısı "Rohm" var. 

Şirkətdən verilən açıqlamada, Toshiba-nın artıq yeni bir səhmdarla yeni gələcəyə doğru böyük bir addım atacağı və maraqlı tərəflərin davamlı anlayış və dəstəyindən məmnun qalacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram