"Toshiba" iki şirkətə bölünəcək | Banco.az

"Toshiba" iki şirkətə bölünəcək

Yaponiyanın "Toshiba" elektrik korporasiyası əvvəl elan etdiyi planına rəğmən üç deyil, iki şirkətə bölünmək niyyətindədir.

Bu qərar əvvəlki proqramla razılaşmayan bir neçə səhmdarın tələbi ilə edilib.

Keçən ilin noyabr ayında "Toshiba" 2023-cü maliyyə ilində (1 aprel 2023-cü ildən başlayaraq) üç ayrı şirkətə bölünmək niyyətində olduğunu açıqlamışdı. Onlardan birinin yarımkeçiricilər və digər elektron komponentlərlə, ikincisinin ağır sənaye avadanlıqları ilə, xüsusən də elektrik stansiyaları ilə məşğul olacağı, üçüncünün isə bütün qrupun əmlakını idarə edəcəyi güman edilirdi. Hazırda isə qənaət və idarəetmənin daha səmərəli olması üçün ikinci və üçüncü şirkətlərin birləşdirilməsinə qərar verilib.

"Nikkei" qəzetinin məlumatına görə, ayrılma planları "Toshiba" rəhbərliyinin müxtəlif gəlir mənbələri və inkişaf strategiyaları olan şirkətlər yaratmaqla bütün qrupun kapitallaşmasını artırmaq istəyi ilə bağlıdır.

Son illər ərzində korporasiya, xüsusən 2015-ci ildə maliyyə hesabatlarının saxtalaşdırılması səbəbindən baş vermiş böyük qalmaqalla, habelə 2017-ci ildə Amerika bölməsinin müflisləşməsi səbəbindən ciddi itkilərlə bağlı böhran yaşayır. Həmçinin, korporasiya rəhbərliyi ilə bir sıra iri səhmdarlar arasında münaqişələr yaşanıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et