Banco.az xəbər verir ki, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev BirKart haqqında danışıb.
- 2018-ci ildə “Hər kəsə, hər istəyə BirKart” şüarı ilə Kapital Bank-dan məvacib və pensiya almayanlara da bu məhsulumuzu təqdim etməyə başladıq. Artıq 300 000-ə yaxın müştərinin BirKart-ı var və bu göstərici günbəgün artır. Xüsusi olaraq, Miles kartını qeyd etmək istərdim – bu kart vasitəsilə müştərilərimiz nağdsız ödəniş etdikdə, bonus olaraq millər toplaya və bu milləri təyyarə biletinə dəyişə bilərlər. Bu kartın rəqiblərindən fərqi ondadır ki, toplanan milləri istənilən aviaşirkətin biletinə dəyişmək mümkündür.
BirKart-ın taksit növü də müştərilərimiz tərəfindən bəyənilir. Bu kart vasitəsilə partnyor mağazalarda istənilən məhsulu alıb, qiymət fərqi olmadan, yəni nağd qiyməti bərabər hissələrə bölərək, aylıq ödəniş etmək mümkündür. BirKart müştəriləri ilə yanaşı il ərzində partnyorlarımız üçün də müxtəlif hədiyyəli aksiyalar və müxtəlif tədbirlər keçirdik. Hazırda BirKart-ın 1000-dək tərəfdaş mağazası mövcuddur. 2019-cu ildə paytaxt Bakı ilə yanaşı regionlardakı partnyor şəbəkəmizi genişləndirməyi planlaşdırırıq.