TOP 5: Ən çox sığorta yığımı toplayan 5 şirkət | Banco.az

TOP 5: Ən çox sığorta yığımı toplayan 5 şirkət

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin 3-cü rübü üzrə sığorta sektoru ilə bağlı nəticələri açıqlayıb.

2017-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları üzrə sektorun lideri, 122 mln 191 min manat sığorta haqqı toplamış Paşa Həyat Sığorta şirkəti olub.

Sektorun ikincisi Paşa Sığorta Şirkəti olub, şirkət 93 mln 613 min manat yığım əldə edib.

Üçüncü yerdə 27 mln 857 min manatla Atəşgah Sığorta Şirkəti qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Atəşgah Həyat Sığorta Şirkəti 25 mln 870 min manatla dördüncü olub. Nəyahət 5-ci yerdə qərar tutan AR Dövlət Sığorta Kommersiya Şirkəti olub – 23 mln 275 min manat.

Sektor üzrə cəmi 414 mln 352 min sığorta haqqı toplanıb. Daha ətraflı renkinq ilə burada tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et